İnternetdə  yeni sosial şəbəkə:    Görün onu kimin komandası yaradıb?
03 iyul 2021 19:07 (UTC +04:00)

İnternetdə yeni sosial şəbəkə: Görün onu kimin komandası yaradıb?

İyulun 1-də internetdə Twitter mikrobloq xidmətini xatırladan yeni bir sosial şəbəkə meydana çıxıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, GETTR adlanan internet resursu ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası yaradıb.

Yeni şəbəkənin transmilli şirkətlər tərəfindən idarə olunan saytlara alternativ olacağı planlaşdırılır.

Yeni sosial şəbəkənin başqa bir hədəfi də “ləğv mədəniyyəti” və “söz azadlığındakı məhdudiyyətlər”lə mübarizədir.

ABŞ-ın keçmiş prezidentinin komandasının resurs yaradılacağını elan etmədiyi qeyd olunur: müvafiq tətbiq, sadəcə ən böyük onlayn mağazalarda satışa təqdim olunur.
Donald Trampın hesabı GETTR-ə əlavə edilib. Ancaq bu səhifənin həqiqətən siyasətçiyə aid olub-olmadığı bilinmir.

Fakt budur ki, sosial şəbəkənin yaradıcıları hələ hesabların həqiqiliyini yoxlamaqla məşğul deyillər.

Üstəlik, ABŞ-ın keçmiş prezidenti tərəfindən yaradıldığı ehtimal edilən səhifədə bir yazı da yoxdur.

Xatırladaq ki, Donald Tramp bütün əsas sosial şəbəkələrdə və xidmətlərdə bloklanıb. Siyasətçi “Twitter”, “Facebook” və “YouTube”da qeydiyyatdan keçə bilmir.
 

# 2796
avatar

Oxşar yazılar