“Instagram” sosial platformasında bir sıra dəyişikliklər edilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, artıq 16 yaşdan aşağı istifadəçilərin hesabları gizli olacaq.
Daha sonra səhifələrini açıq etmək istəyən istifadəçilər isə düzəliş edə bilərlər.
Bundan başqa, reklamlarla bağlı yeniliklər də nəzərdən keçirilib. Belə ki, 18 yaşdan aşağı şəxsləri müxtəlif reklam kampaniyalarına cəlb etmək imkanları məhdudlaşdırılacaq.