İnstagram istifadəçiləri sevindirəcək
03 fevral 2021 09:11 (UTC +04:00)

İnstagram istifadəçiləri sevindirəcək

İnstagram tətbiqdə yeni “Silinənlər” funksiyasını aktivləşdirdiyini açıqlayıb. Lent.az xarici KIV-ə istinadla bildirir ki, şirkət yeni funksiyanın istifadəçilərin təhlükəsizliyi məqsədi ilə aktivləşdirildiyini bildirir.

Yeni “Silinənlər” funksiyasıtest mərhələsini uğurla keçib. Bu funksiya sayəsində insanlar İnstagram-da sildikləri məzmunu (post, hekayə və s.) 30 gün içində geri gətirə biləcəklər. Açıqlamaya görə, bu funksiyanın aktivləşdirilmə səbəbi xaker hücumlarıdır. Belə ki, bir çox böyük hesablar ələ keçirildikdə, bütün postlar silinir. Bu funksiya sayəsində paylaşılan bütün post və hekayələrə İnstagram 30 gün zəmanət verir. Əlbəttə ki, bu funksiya təsadüfən silinmənin və ya silinmənin peşman olunduğu vəziyyətlərdə də faydalıdır. 

Məlumata əsasən yeni funksiya tezliklə hər kəs üçün tam açılacaqdır. 

# 2901
avatar

Oxşar yazılar