İlon Mask “Twitter”i almaq üçün yeni şərtlərini açıqlayıb.
Lent.az xəbər verir ki, Mask aprelin 25-də “Twitter”i almaq üçün müqavilə bağlamışdı. Bu müqavilə 44 milyard dollar dəyərində qiymətləndirilmişdi.
Amma hazırda Mask bu müqaviləni ləğv etməyi düşünür. Buna səbəb isə “Twitter”dəki saxta hesabların ümumi istifadəçilərin bir hissəsini təşkil etməsidir.
Mask satışın həyata keçirilməsi üçün şirkətin saxta profillərinin 5 faizi ötmədiyini sübut etmələrini tələb edib.