Bu sezonun ən populyar telefonu açıqlanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “iPhone 14” ikinci rübdə ən populyar smartfon olub.
Əsas “iPhone 14” OLED və ya AMOLED ekranlı bütün smartfonlar arasında ən çox satılan telefon seçilib.
İkinci rübdə “iPhone 14” OLED ekranlı dünyada satılan bütün qurğular arasında 15,2 faiz pay alıb. İkinci yeri 11,1 faiz təşkil edən “iPhone 13” tutub.
İlk sıralara həmçinin “iPhone 14 Pro Max” - 10,7 faiz, “iPhone 14 Pro” - 9,2 faiz, “Samsung Galaxy S23 Ultra” - 5,2 faiz daxil olub. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin birinci rübündə “iPhone 14 Pro Max” 20,1 faiz payla lider olub. Sonra ilk 3-lüyə “iPhone 14 Pro” və “iPhone 13” seçilib.
Həmçinin bildirib ki, 2023-cü ilin ikinci rübündə OLED displeyli smartfonların tədarükü keçən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artıb. Bazarda “Apple” cihazlarının payı 39 faiz təşkil edib.
Qeyd edək ki, avqustun əvvəlində “Sony” korporasiyasının mütəxəssisləri ən azı 2024-cü ilə qədər smartfon bazarının azalacağını proqnozlaşdırmışdılar.