Hindistanın "Çandrayan-3" stansiyası bu gün günortadan sonra Aya uğurla enib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, beləliklə, Hindistan Aya raket göndərən dördüncü, Ayın cənub qütbünə isə bunu edən ilk ölkə olub.
“Çandrayan-3” eniş aparatı plazma tədqiqatları üçün RAMBHA-LP Langmuir zondu, ChaSTE səthi termofiziki aləti, ILSA üçkomponentli seysmoqrafı və digər cihazlarla təchiz olunub. Kosmik gəmi iyulun 14-də buraxılıb və avqustun 5-də Ayın orbitinə daxil olub. Layihənin dəyəri təxminən 90 milyon dollardır.