Heyrətə salan texnoloji YENİLİKLƏR  – Gizli görüşlər üzə çıxır
21 dekabr 2022 14:41 (UTC +04:00)

Heyrətə salan texnoloji YENİLİKLƏR – Gizli görüşlər üzə çıxır

Texnologiya hər keçən gün insancaları təəccübləndirməyə davam edir. 
Gəlin bu il dünyada baş verən yeniliklərlə birlikdə tanış olaq. 

Kosmosda otel tikiləcək.                                                                            

“Orbital  Assembly  Corporation” şirkətinin hazırladığı ilk kosmik otelin layihəsi haqqında  yeni məlumatlar  yayılıb. Belə  ki, 2025-ci ildə inşasına başlanacaq olan otelə  “Voyager Station” adı veriləcək.  Plana əsasən otelin  2027-ci ilə qədər hazırlanıb ictimaiyyətə  təqdim  olunması nəzərdə tutulur. Sözü gedən otel  kapsullardan ibarət halqa formasında olacaq. Otelin daxilində bir kino teatr, restoran, spa salonu və idman zalı yerləşəcək. Hotelin ümumi müştəri sayı isə 400- nəfərə qədər olacağı planlaşdırılır. Şirkət kosmik otelin inşasının və orda bir gecə qalmağın hansı qiymətə başa gələcəyi barəsində məlumat verməyib.

“Xiaomi”də avtomobil istehsal edəcək.  

Mobil telefon istehsalı ilə dünyada tanınan Xiaomi şirkəti artıq avtomobil istehsal etməyə  hazırlaşır. Bu barədə “Gizmochine” saytı məlumat yayıb. Məlumatda bildirilir ki, xiaomi şirkəti fərdi avtomobil istehsalını nəzərdən keçirir və bunu yeni strateji qərar kimi görür. Şirkətin daxili planları ilə yaxından maraqlanan mənbələr qeyd ediblər ki, sözügedən layihəyə şirkətin təsisçisi və direktoru olan Lei Jun özü rəhbərlik edəcək.

Yüksək tranzit avtobuslar                                                                                          

Çin nəqliyyat Agentliyinin kəşf etdiyi bu avtobuslar yollardakı tıxaclara maraqlı bir həll yolu tapıb. Avtomobillərin altından keçə biləcəyi
uzunluğu 22 eni isə 7 metr olan bu avtobus 300 nəfərlik sərnişin tutumuna malikdir. Avtobuslar istifadəyə verildikdən sonra Çinin 5 böyük şəhəri avtobuslardan istifadə etmək üçün müqavilə imzalayıb. 

Kamera monitorinq şəbəkəsi                                                                                  

Çinin istehsal etdiyi bu kamera növünə dünyada ikinci bir rəqib tapılmır. Dünyanın ən yaxşı kamerası olan kamera monitorinq şəbəkəsi Kameraya yerləşdirilmiş xüsusi üztanıma sistemi sayəsində axtarışda olan insanları bir neçə dəqiqə içərisində aşkar edir. 
Bu kameralar şəxslərin nəyinki şəxsiyyət vəsiqəsini tanıyır hətta həmin adamın sosial şəbəkə hesabını belə müəyyən edə bilir. Heyrətləndirici olsa da, kamera insanların gün boyu ünsiyyətdə olduğu şəxsləri də müəyyən edə bilir.

Aqil Qarayev
 


 

# 2769
avatar

Oxşar yazılar