Günəşi öyrənmək üçün  tədqiqat stansiyası buraxıldı - CANLI YAYIM
02 sentyabr 2023 11:35 (UTC +04:00)

Günəşi öyrənmək üçün tədqiqat stansiyası buraxıldı - CANLI YAYIM

Hindistan kosmosa Aditya-L1 günəş tədqiqat stansiyasını buraxıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, buraxılış Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) YouTube kanalında yayımlanıb.

Missiyanın işə salınması üçün altı xarici mühərriki olan XL konfiqurasiyasında PSLV qütb peyk daşıyıcısından istifadə edilib. Bu konfiqurasiya ilk dəfə 2008-ci ilin oktyabrında Hindistanın ilk Ay zondu olan “Çandrayaan-1”in buraxılışı zamanı istifadə edilib.

PSLV sonuncu dəfə ötən ilin noyabrında EOS-06 peyki və səkkiz nanopeyki Yer orbitinə daşıyaraq XL konfiqurasiyasında uçmuşdu.

Aditya-L1 stansiyası Hindistanın Günəşi öyrənmək üçün ilk rəsədxana tipli kosmik missiyasdır. Kosmik gəmi 4 ay ərzində 1,5 milyon km məsafəni qət etdikdən sonra Yerin və Günəşin cazibə qüvvələrinin eyni səviyyədə olduğu Laqranj L1 nöqtəsində haloorbitə çıxacaq.

# 3111
avatar

Oxşar yazılar