Gənclərdən yeni TREND:  “Ağılsız telefonlar” dəbə düşür
02 sentyabr 2023 11:01 (UTC +04:00)

Gənclərdən yeni TREND: “Ağılsız telefonlar” dəbə düşür

ABŞ-da gənclər “ağılsız telefonları” yenidən dəbə salıblar. Söhbət 1990-cı illərdən 2000-ci illərin əvvəllərinə qədər istifadə edilmiş düyməli, sadə telefonlardan gedir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, gənclər filifoner adlandırdıqları bu cihazların geniş yayılması üçün sosial şəbəkələrdə hərəkətə keçiblər.

Köhnə telefonların ucuz qiymətə olması onlara olan tələbatı artırıb. Bu telefonların əsas funksiyası zəng edə bilməkdir. Bu da internetdən uzaq qalıb beynini dincəltmək istəyənlər, lakin ətraf aləmlə əlaqəni tamam qopartmaq istəməyənlər üçün yaxşı seçimdir.

Bu baxımdan hazırda sosial şəbəkələrdə #bringbackfliphones (filifonları qaytaraq) həştəqi geniş yayılmaqdadır.

# 4353
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar