“Facebook” “Meta” adını itirə bilər: 20 milyon dollar tələbi…
09 noyabr 2021 00:17 (UTC +04:00)

“Facebook” “Meta” adını itirə bilər: 20 milyon dollar tələbi…

“Facebook” şirkəti adını dəyişdirərək Meta qoyması 20 milyon dollara başa gələ bilər. 

Lent.az-ın məlumatına görə, “Meta” ticarət nişanına başqa şirkət də iddialı olub.

“Facebook” yeni ticarət nişanının qeydiyyat sorğusunu 28 oktyabr tarixində göndərib, lakin Zak Şatt adlı şəxs isə öz startapı üçün “Meta” adlı ticarət nişanının qeydiyyat sorğusunu hələ avqust ayında göndəribmiş. 

Hazırda lazımi qurumlar tərəflərin sorğusuna cavab verməyib. Bu isə o deməkdir ki, ad dəyişikliyi ilə bağlı məsələdə məhkəmə mübahisələri ola bilər. 

Qeyd edək ki, Zak Şattın şirkəti müxtəlif məhsullar - kompüterlər, noutbuklar, planşetlər, proqram təminatları və texnologiyalarla bağlı digər variantlar təklif edir. Buna görə də məhkəmə prosesində Mark Zukerberq “Meta” adının əldə olunmasında çətiniklər ilə qarşılaşa bilər. 

Zak Şatt öz növbəsində bildirib ki, o, Mark Zukerberqin 20 milyon dollar ödəyəcəyi halda “Meta”dan imtina etməyə hazırdır. 

Məsələnin necə davam edəcəyi hələ də açıq qalıb. 
 

# 4500
avatar

Oxşar yazılar