“Samsung” şirkəti elastik displeyli noutbuk təqdim edəcək.
Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, noutbukun yarısı ekran, yarısı isə sensorlu klaviatura kimi istifadə edilə bilər.
Qeyd edək ki, cihaz 17,3 düymlük OLED ekrana sahib olacaq. Qatlanan zaman panel hər biri 13,3 düym olan iki yarıdan ibarət olacaq.