“Roskosmos” Dövlət Korporasiyası Ayın Cənub Qütbünə yeni missiya göndərmək imkanını nəzərdən keçirəcək.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, bu barədə “Luna-25” avtomatik stansiyasının tərtibatçıları ilə görüşən baş direktor Yuri Borisov bildirib.
“Roskosmos” rəhbəri yarımçıq qalmış missiyanın səbəblərini müzakirə edib və onun Ayın tədqiqini dayandırmadığını bildirib. O, işin davam etdirilməsinə ehtiyac olduğunu açıqlayıb.
Onun sözlərinə görə, rusiyalı dizaynerlər və alimlər Ay layihəsini davam etdirmək üçün həvəslidirlər. Proqramın davam etdirilməsi variantlarından biri 2025-2026-cı illərdə Ayın Cənub qütbünə enmə missiyasının təkrarlanması imkanının nəzərdən keçirilməsi ola bilər.