“Apple” bu gün “iPad 10” və “iPad Pro”nu satışa çıxarmağı planlaşdırır.
Lent.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, 2017-ci ildən dizaynı dəyişməyən “Apple” planşetlərinə baxmayaraq, “iPad 10” köhnə cihazlardan bir xeyli fərqlənəcək.
“iPad 10”un ekran diaqonalı 10,5 düym, ətrafındakı çərçivələr isə incə olacaq. Planşetdə ana səhifə düyməsinin olub-olmayacağı hələlik məlum deyil.
Yeni planşet “Apple A14 Bionic” tək çip sistemi ilə təchiz ediləcək. “Lightning” konnektorun USB-C ilə əvəz ediləcəyi gözlənilir.
“iPad Pro” planşetləri isə 11 və 12,9 düym ekrana sahib olacaq. Onun dizaynın dəyişəcəyi gözlənilmir. Çox güman ki, köhnə versiyalara bənzəyəcək.
Onların satış qiyməti ilə bağlı hələlik məlumat yoxdur.