Ələkbər Mirqədirov
16 may 2021 09:54 (UTC +04:00)

Ələkbər Mirqədirov

Bu bakılını Aya göndərirlər - DÜNYADA İLK

ABŞ-da Aya uçuş üçün namizədlərdən biri məlum olub.
 
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, o, Azərbaycanda doğulan, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Tərlan oğlu Mirqədirovdur.
 
Ələkbər Mirqədirovun 42 yaşı var, Bakıda andan olub, Azərbaycan paytaxtındakı 45 saylı orta məktəbi bitirib, 1991-ci ildə ailəsi ilə birlikdə ABŞ-a gedib.
 
 O, ABŞ-da San Dieqo Universitetini bitirib, aerodinamikanın incəliklərini öyrənib, sonra 10 ildən çox bu ölkənin Hərbi Hava Qüvvələrində xidmət edib.

2014-cü ildən Marsa uçmaq, 2019-cu ildən isə Aya uçmaq üçün namizədlərdən biridir.

Mirqədirov ədəbiyyatı sevir, Yiru Qaqarinin həyatı ilə bağlı və Molla Nəsrəddinin lətifələri sevimli kitablarıdır.
 

# 8019
avatar

Oxşar yazılar