“BMW” rəngi dəyişən  avtomobillərini təqdim etdi - VİDEO
06 yanvar 2023 09:41 (UTC +04:00)

“BMW” rəngi dəyişən avtomobillərini təqdim etdi - VİDEO

“BMW” şirkəti yeni bir neçə avtomobilini təqdim edib.

Lent.az  xarici KİV-ə istinadən xəbər verir ki, yeni maşınlar “CES 2023” sərgisində izləyicilərə nümayiş etdirilib.

Bu maşınların bir neçə fərqli xüsusiyyətləri var. Amma ən vacibi isə onların sürücülərin əhval-ruhiyyələrinə reaksiya verə bilmələridir. Süni intellektlə təchiz olunmuş bu avtomobillər, həmçinin rənglərini tamamilə dəyişə bilirlər. Onlarda təxminən 32 rəng mövcuddur. Rənglə yanaşı, maşının bəzi hissələri də dəyişmə qabiliyyətinə malikdir.

Bundan əlavə, avtomobilin ön panelinin bütün hissəsini xüsusi ekran əhatə edir.

Sözügedən konsepti təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3033
avatar

Sevinc Fərid

Oxşar yazılar