Azərbaycanda "TikTok" nə zaman açılacaq? - RƏSMİ CAVAB
25 sentyabr 2023 15:17 (UTC +04:00)

Azərbaycanda "TikTok" nə zaman açılacaq? - RƏSMİ CAVAB

Bildiyimiz kimi, Azərbaycanda "TikTok" sosial şəbəkəsi Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı məhdudlaşdırılıb. Belə ki, buna səbəb "TikTok"da cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən, hərbi sirləri özündə əks etdirən dezinformasiya xarakterli məlumatların paylaşılması olub. 

Bəs, Azərbaycanda "TikTok"a qoyulan məhdudiyyət nə vaxt aradan qaldırılacaq?

Bununla bağlı Lent.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə sorğu ünvanlayıb. 

Xidmətdən saytımıza daxil olan cavabda deyilir:

""TikTok" sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək".

# 179943
avatar

Fidan İlqar

Oxşar yazılar