Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ölkə ərazisində "TikTok" sosial şəbəkəsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına münasibət bildirib.
Xidmətdən Lent.az-a verilən xəbərə görə, oktyabrın 31-dən etibarən Azərbaycan Respublikası ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, eləcə də sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə əməl etməyə çağırır.
***
Saat: 13:11
Azərbaycanda “TikTok” sosial şəbəkəsinə qoyulan qadağa aradan qaldırılıb.
Lent.az xəbər verir ki, artıq ölkə ərazisində şəbəkəyə sərbəst giriş mümkündür.
Qeyd edək ki, “TikTok”a giriş sentyabrın 19-da məhdudlaşdırılıb.
Azərbaycanda "TikTok" sosial şəbəkəsi Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı məhdudlaşdırılıb. Belə ki, buna səbəb "TikTok"da cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən, hərbi sirləri özündə əks etdirən dezinformasiya xarakterli məlumatların paylaşılması olub.