Ayın eniş nöqtəsində  SU AŞKAR EDİLDİ  - FOTO
11 yanvar 2022 18:53 (UTC +04:00)

Ayın eniş nöqtəsində SU AŞKAR EDİLDİ - FOTO

 

Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimləri "Chang’e-5"  adlı Ay aparatının eniş nöqtəsində aparatın mineroloji spektrometri vasitəsilə əldə edilmiş fotoları və spektral məlumatları analiz ediblər.

Lent.az "technote"a istinadən məlumatına görə, nəticədə alimlər təyin ediblər ki, aparatın eniş nöqtəsindəki reqolitin (Ayın qırıntılardan ibarət olan ən üst səth qatı) tərkibində 1 ton torpaq və süxurun payına düşən 120-180 qramm su mövcuddur.

Bu göstərici isə Yer kürəsində olan göstəricidən daha aşağıdır. Tədqiqat çərçivəsində alimlər təkcə fotoları deyil həmçinin aparatın konstruksiyasında olan spektrometr vasitəsilə reqolitin və süxurun spektral əks etdirmə özəlliyinin məlumatlarını da analiz ediblər.

 

Mövcud olan su səviyyəsini su molekullarının işığı necə udduqları əsasında təyin etmək mümkündür. Lakin bu üsul o qədər də dəqiq nəticə vermir. Belə ki, Ay səthindən ifraz olunan istilik əldə edilən məlumatlara təsir göstərir. Çinli alimlər bu təsiri istilik korreksiya modelinin istifadəsi vasitəsilə kompensasiya ediblər. Əldə edilmiş məlumatlar Ay torpağında 120 qramm, yüngül qabarıq süxurda isə 180 qramm suyun olduğunu göstəriblər.

Tədqiqatçıların fikirlərinə əsasən, suyun əsas mənbəyi Günəş küləyidir.

Bununla belə süxurun tərkibində olan yüksək səviyyəli nəmişlik Ay səthinin altında yerləşən bilinməyən mənbə ilə əlaqələndirilir.

Qeyd edək ki, "Chang’e-5" missiyası 2020-ci ildə başa çatmışdı. Missiyanın sonunda aparat 1731 qramm Ay süxuru nümunəsi götürərək onu Yer kürəsinə uğurla çatdırmışdı. Ayda suyun mövcud olması üzrə sübutlar daha əvvəllər də əldə edilib. Lakin həmin sübutlar Ay süxurlarının araşdırılması və orbital aparatların müşahidələri vasitəsilə əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2754
avatar

Oxşar yazılar