ABŞ Aerokosmik Agentliyi NASA Aya göndərmək istədiyi raketin buraxılışını dördüncü dəfə təxirə salıb.
Lent.az-ın “Bild” nəşrinə istinadla xəbərinə görə, sentyabrın 27-nə nəzərdə tutulmuş raket Kaliforniyadakı kosmodromdan anqara qaytarılır. Buna səbəb Yan tropik qasırğasının yaxınlaşmasıdır. Hazırda Yamaykanın cənubunda olan qasırğa ABŞ-a doğru irəliləyir.