Ay torpağında noxud yetişdirildi
01 fevral 2024 00:44 (UTC +04:00)

Ay torpağında noxud yetişdirildi

Texas Universitetinin alimləri ilk dəfə dörddə üçü reqolitdən - Ay tozundan ibarət torpaqda noxud yetişdirə bildilər.

Lent.az xəbər verir ki, bu barədə araşdırma elmi qurumun rəsmi saytında dərc olunub.

“Ayda Yerdəki kimi torpaq yoxdur. Planetimizdə torpaqda bitkilərin inkişafını dəstəkləyən qida və mikroorqanizmlərlə dolu üzvi material var. Ayda heç biri yoxdur. Bu isə cazibə qüvvəsinin azalması, radiasiya və toksinlər kimi digər problemləri daha da gücləndirir”, - deyə elmi işin müəllifi Cessika Etkin bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13062
avatar

Oxşar yazılar