Amerikalı milyarder İlon Mask “Apple”in “Twitter”də reklam yerləşdirməkdən imtina etdiyini açıqlayıb.
Lent.az-ın məlumatına görə, Mask bu barədə şəxsi “Twitter” hesabında yazıb:
“ “Apple” şirkəti “Twitter”də reklam verməyi böyük ölçüdə dayandırıb. Şirkət hətta “Twitter”i “App Store”dan çıxarmaqla təhdid edir. Amma bunun səbəbini demir. Amerikada söz azadlığına nifrət edirlər?”, - Mask qeyd edib.
Qeyd edək ki, “Financial Times” qəzeti isə Maskın hərəkətlərinə görə başqa iri reklamçıların da “Twitter”də reklam verməkdən imtina edəcəklərini yazıb.