Mütəxəssislər 200 dollardan baha olmayan, yəni ucuz və keyfiyyətli 5 ən yaxşı telefonu açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, siyahının lideri 120 Hz yüksək yeniləmə sürətinə malik 6,67 düymlük AMOLED ekranı ilə istifadəçiləri heyran edən “Redmi Note 12 4G” olub. Bu smartfon 50MP, 8MP və 2MP üçlü kamera quraşdırma da təklif edir və içərisində güclü Snapdragon 685 çipi ilə təchiz edilib. 33W sürətli şarjı dəstəkləyən 5000mAh batareyaya malikdir.
İkinci yerdə 6,6 düymlük IPS ekran, Mediatek Helio G80 çipi və 5 və 2 MP-lik iki əlavə sensorla tamamlanan 50 MP əsas kamera ilə təchiz edilmiş “Samsung Galaxy A14” qərarlaşıb. 5000 mAh tutumlu batareya cihazı 15 Vt yavaş doldurma ilə təchiz edilib.
Reytinqdə üçüncü yeri 90 Hz yeniləmə tezliyi ilə 6,5 düymlük IPS ekran təklif edən “Redmi 10” 2022 tutub. Smartfon MediaTek Helio G88 çipində işləyir və 50, 8, 2 və 2 meqapiksel təsvir ölçülü dörd kameraya malikdir. 5000 mAh tutumlu batareya yalnız 18 Vt gücündə şarjı dəstəkləyir.
Dördüncü yerdə 90 Hz yeniləmə tezliyi ilə 6,6 düymlük Full HD+ ekrana malik “Realme 9i”dir. Smartfon Snapdragon 680 prosessoru ilə işləyir, 4 GB RAM və 64 GB daxili yaddaşa malikdir. Əsas kamera 50 MP, batareya 5000 mAh, 33 Vt doldurmanı dəstəkləyir.
Siyahıda sonuncu yeri 4,7 düymlük LCD ekrana, 12 MP kameraya, 1821 mAh batareyaya və 7,5 Vt enerji doldurma dəstəyinə malik “iPhone SE” (2020) tutur.