ABŞ hökuməti bu smartfonları araşdırmağa başlayıb
08 sentyabr 2023 15:47 (UTC +04:00)

ABŞ hökuməti bu smartfonları araşdırmağa başlayıb

ABŞ hökuməti Huawei Mate 60 smartfonlarındakı Kirin 9000s prosessorunu araşdırmağa başlayıb.
Lent.az xəbər verir ki, Bloomberg saytının verdiyi məlumata əsasən ABŞ hökuməti keçən həftə təqdim edilmiş Huawei Mate 60 və Mate 60 Pro smartfonlarında istifadə edilən Kirin 9000s prosessorunun mənşəyini təyin etməyə çalışır. Qeyd etmək lazımdır ki, bir neçə il bundan öncə ABŞ hökuməti Huawei-yə qarşı sərt sanksiyalar tətbiq etmişdi. Nəticədə Huawei özünün  Kirin prosessorlarının istehsal edilməsi imkanından məhrum oldu. Belə ki, prosessorların istehsalı prosesində ABŞ texnologiyalarından istifadə edilirdi.

    “Biz, Huawei şirkətinin bu prosessorunun arxitekturası barəsində ətraflı məlumatları əldə edənə kimi mən onun barəsində rəy bildirməyəcəm. Lakin bu prosessorun hazırlanması onu göstərir ki, ABŞ milli təhlükəsizlik ilə bağlı texnoloji məhdudiyyətlər strategiyasını davam etdirməlidir” - deyə ABŞ prezidentinin köməkçisi Jake Sullivan qeyd edib. Son məlumatlara əsasən Huawei Mate 60 smartfon seriyasında istifadə edilən Kirin 9000s prosessoru ABŞ analoqlarından yalnız bir neçə il geridə qalır. Qeyd etmək lazımdır ki, bu prosessorun istehsalı ilə Çinin SMIC adlı şirkəti məşğul olur və o, bir neçə müddət bundan öncə ABŞ-ın qara siyahısına daxil edilmişdi.

# 3081
avatar

Oxşar yazılar