1 damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
14 avqust 2023 05:59 (UTC +04:00)

1 damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab

Avstraliyanın Makkuori Universitetinin mühəndisləri nanosensorların hazırlanması prosesində yenilik ediblər.

Lent.az xəbər verir ki, mühəndislər köhnə texnologiyanı hər bir sensorun əvəzinə bir damcı etanol istifadə edərək yeniləmə üsulu kəşf ediblər. Az miqdarda etanol cihazın yüksək tempuratura qədər qızması zamanı enerji itkisinin qarşısını alır.

Makkuori Universitetinin Mühəndislik Məktəbinin Nanotexnologiya laboratoriyasının rəhbəri, dosent Nouşin Nasiri deyir ki, yeni yaradılan nanosensorlar indiki halda ənənəvi sensorun səthinə yerləşdirilən milyardlarca nanohissəciklərdən ibarətdir. Bu mexanizmin çatışmayan cəhəti ondan ibarətdir ki, sensorların əksəriyyəti ilk dəfədən işləmir. Nanohissəcikər ilkin vəziyyətdə özlərini zəif bağlarla birləşən şəbəkəyə yığırlar, bu da hissəciklər arasında siqnalları ötürə bilməyəcək qədər çox boşluq yaradır, ona görə də sensor işləmir. Problemi ikinci mərhələdə aşkar edib həll etmək mümkündür, lakin biz nanohissəciklərdə bu xətanı ilk dəfədən yox etmək üzərində işləyirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4716
avatar

Oxşar yazılar