Zəngilan rayonu ərazisində YENİ HƏRBİ HİSSƏ  - FOTO
29 may 2021 11:11 (UTC +04:00)

Zəngilan rayonu ərazisində YENİ HƏRBİ HİSSƏ - FOTO

May ayının 28-də Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissə kompleksi xidməti-döyüş fəaliyyətinə başlanıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xalqımzın dövlətçilik tarixinin şanlı səhifələrindən olan "28 may - Respublika günü" və yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

Azər­baycan tarixinin ən böyük sərkərdəsi olan Azərbaycan Res­publika­sının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsi iradəsi, cəsarəti, müdrik siyasəti və dövlətçilik ba­ca­rığı, böyük Vətən sevgisi, xalqımızın bir yumruq kimi onun ətra­fında birləş­məsi sayəsində düşmən üzərində Tarixi Zəfərin əldə olunması vurğulanıb, Ali Baş Komandanın öz şəxsi nümunəsi ilə hərbiçi­lərimizi qəhrəmanlıq və rəşadət dastanı yazmağa ruhlandırması bildiril­ib.

Vətən müharibəsi zamanı Ali Baş Komandan tərəfindən Dövlət Sər­həd Xidməti qarşısında qoyulmuş döyüş tapşırıqlarının hamısının uğurla icra olunduğu, döyüş əməliyyatlarının gedişində Azərbaycan sərhədçilərinin igidlik və qəhrəmanlıq nümunələri göstərmələri, hazırkı təd­birin baş tutduğu ərazilərdə düşmənə sarsıdıcı zərbələr endirmələri, yüz­lərlə canlı qüvvəsini məhv etmələri, çox­saylı silah-sursatını qənimət kimi götürmələri qeyd olunub.

Aprel ayının 26-da Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissəsinin açılışı zamanı şəxsi heyət qarşısında çıxışında Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən Müharibəsində Dövlət Sərhəd Xidmətinin iştirakına yüksək qiymət verməsinin Azərbaycan sərhədçilərini daha da ruhlandırması xüsusi vurğulanıb.

Ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kom­pleks tədbirlərin sürətlə davam etdirildiyi, görülən işlər çərçivəsində növbəti hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının sərhəd müha­fi­zə­sinə ali dövləti diqqətin növbəti təzahürü olması bildirilib.

Vətən müharibəsində əldə edilmiş təcrübənin qarşıda duran tapşırıq­ların daha yüksək səviyyədə icra şəraitini yaratması, Azərbaycan sərhədçi­lərinin işğaldan azad olun­muş ərazilərdə xidmətlərilə qürur duymaları və daima Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şərəflə xidmət edəcəkləri, Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanacaqları xüsusi qeyd olunub.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocəvəndin, Su­qovuşanın və Şuşanın azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunmuş, döyüş əməliyyatlarının iştirakçılarına, ümumi qə­ləbənin əldə olunmasında zəhməti olan bütün şəxsi heyətə, hərbi hissənin inşasında iştirak etmiş heyətə minnətdarlıq bildirilib.

Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzi­bati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataq­xanası, yemək­xana, hamam-camaşırxana, ərzaq, əşya və silah anbarlarına, avtomobil parkına və digər yerlərə, döyüş texnikasına və silah-sursatlara baxış keçirilmib.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və xatirə foto­şəkilləri çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3009
avatar

Oxşar yazılar