Zəlzələ ilə bağlı DYP-dən ÇAĞIRIŞ
07 dekabr 2023 09:23 (UTC +04:00)

Zəlzələ ilə bağlı DYP-dən ÇAĞIRIŞ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yollarda son dərəcə diqqətli və təmkinli olmağa çağırır. 

İdarədən Lent.az-a verilən xəbərə görə, baş vermiş zəlzələdən sonra küçə və prospektlərdə hərəkətliliyin daha da artdığını nəzərə alaraq polis əməkdaşları zəruri tədbirləri ərazi üzrə, eləcə də yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyini tam gücləndirilmiş qaydada nəzarət altında tənzimləyir.

# 3396
avatar

Oxşar yazılar