Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən sentyabrın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olub.
Müdafiə Naziliyindən Lent.az-a bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti və qayğıları ilə maraqlanıb.
Müdafiə nazirinə məruzə olunub ki, hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün bütün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.
Sonra nazir palatalarda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
General-polkovnik Z.Həsənov yaralı hərbi qulluqçularımıza göstərilən xidmətin daha keyfiyyətli təşkil olunması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Zakir Həsənov yaralılarla görüşdü -FOTO - VİDEO
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 iyul 2025 , 08:20
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
9 iyul 2025 , 19:11
Məhəmməd Salah Bodrumda villa aldı: Dəyəri heyrətamizdir
9 iyul 2025 , 18:45
Yalnız bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: siyahıda kimlər var?
9 iyul 2025 , 18:32
Bakıda motosiklet, skuter və velosiped sürücülərinə qarşı reyd - VİDEO
9 iyul 2025 , 17:05
Tələbələrin köçürülməsi bu tarixdən başlayır
9 iyul 2025 , 17:03
"Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir" - Ekspertdən ŞOK AÇIQLAMA
9 iyul 2025 , 16:55