Yük maşınlarının Bakıya giriş saatı AÇIQLANDI
17 iyun 2022 18:30 (UTC +04:00)

Yük maşınlarının Bakıya giriş saatı AÇIQLANDI

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların ağır faciə ilə nəticələnməsi halları daha çox olur.

Lakin buna baxmayaraq, bəzi hallarda günorta saatlarında belə paytaxt Bakıda iritonnajlı yük avtomobillərinin hərəkət etdiyini görürük.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət təhlükəsizliyi ilə bağlı paytaxta daxil olan yük avtomobilləri sürücülərinə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini icra edən, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, yük avtomobillərinin Bakıya girişi mövsümə uyğun olaraq müəyyənləşdirilib. O, həmçinin şəhər ərazisində yük boşaltma ilə bağlı da qaydaları açıqlayıb:

Araz Əsgərli

“Nazirlər Kabinetinin müvafiq qərarına, eləcə də, həmin qərarın icrası ilə əlaqədar yol hərəkəti təhlükəsizliyi komissiyasının 1 saylı protokoluna uyğun olaraq, xüsusi təyinatlı o cümlədən, qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan çox olan avtomobillərin hərəkəti Bakı şəhəri üzrə mövsümə əsasən müəyyən edilib. Belə ki, 1 may-1 oktyabr aralığında axşam saat 21:00-dan səhər saat 7:30-dək, 1 oktyabr-1 may aralığında isə axşam saat 20:00-dan səhər saat 7:30-dək yük avtomobillərinin paytaxta daxil olmasına icazə verilir. Hər bir yük avtomobili sürücüsündən, daşıyıcılardan xahiş edirik ki, yol hərəkəti təhlükəsizliyi üçün tələb olunan bu qaydalara riayət etsinlər. Hərəkət iştirakçıları unutmasınlar ki, nəzərdə tutulan zaman kəsiyindən xaric sözügedən nəqliyyat vasitələrinin şəhərə daxil olması inzibati tənbeh tədbiri görülməsi üçün əsasdır.

Yol hərəkətinə maneçilik törədən yəni, yük avtomobilləri üçün parklanma və yüklərin boşaldılması üçün yerləri olmayan ictimai iaşə və ticarət obyektlərində təchizat işləri axşam saat 22:00-dan səhər saat 7:00-dək təşkil olunmalı. Həmçinin ərazi üzrə yük avtomobillərinin dayanması və durmasını göstərən yol nişanlarının quraşdırılması da təmin olunmalıdır. Yəni, istənilən yerdə, istənilən zaman iritonnajlı avtomobillərdən yük boşaldılması və bu zaman nəqliyyatın hərəkətini iflic etmək yolverilməzdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15033
avatar

Mehman Nəbiyev

Oxşar yazılar