Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu yeni ailə quran şəxslərin peyvəndlənməsi ilə bağlıdır.
Lent.az xəbər verir ki, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, dünya praktikasına uyğun olaraq cütlüklərin ailə qurmazdan və uşaq dünyaya gətirməzdən əvvəl ümumi virus infeksiyalarına qarşı vaksinasiyası tövsiyə olunur:
“Çünki, sonra hamiləlik dönəmində hər hansı gənc xanımın virusa yoluxması uşağın, dölün inkişafına çətinliklər yarada bilər. Ona görə də bunları düşünüb öncədən nəzərə almaq tibbi tərəfdən daha doğrudur”.