Yediyimiz qidalara böcək və qurd tozu  qatılırmış
28 fevral 2023 11:59 (UTC +04:00)

Yediyimiz qidalara böcək və qurd tozu qatılırmış

Avropa qida maddələrinə qurd və böcək tozu qatılmasına izacə verdi.

Avropa Birliyi 1 ay öncə qida maddələrinə böcək və qurdların qurudularaq toz şəklində qatılmasına icazə verib. Böcək və qurdların təbiətə ziyan verməməsi və zəngin protein mənbəyi olması əsas götürülərək un və un məmulatlarına, o cümlədən makarona, çörəyə, hazır yeməklərə böcək tozundan hazırlanmış xüsusi maddələr qatılır.

Bəs belə qarışığı olan un məmulatlarını necə ayırd etmək olar? 

Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, tərkibində böcək tozu olan məmulatların üzərində “Yeni qida növü” bildirişi olur. Toz əsasən un qurdu, ağac qurdu, çəyirtkə, soxulcan və digər həşəratlardan hazırlanır.

Hazırda Almaniya və Avstriyada yeni qida növündən geniş istifadəyə başlanılıb və belə məhsullar başqa ölkələrə də icrac edilir. Odur ki, satışdan pizza, bulka və s. Kimi müxtəlif yeməklər alanda böcək tozu yeyib-yemədiyinizdən əmin olun.

Bu qida növü Avropa üçün yeni olsa da, Uzaq Şərqdə, Afrikada, Cənubi Amerikada yaşayn bir çox xalqlar üçün çoxdan ənənəvi qida hesab olunurdu.
 

# 4542
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39
Bəzi rayonlara leysan yağışları yağıb -  FAKTİKİ HAVA

Bəzi rayonlara leysan yağışları yağıb - FAKTİKİ HAVA

27 may 2023 , 17:31
“Xalq Bankın” “Xalq Əmanəti” layihəsi davam edir - VİDEO

“Xalq Bankın” “Xalq Əmanəti” layihəsi davam edir - VİDEO

27 may 2023 , 14:26
Ən qidalı qatıqlar  bunlardır - ARAŞDIRMA

Ən qidalı qatıqlar bunlardır - ARAŞDIRMA

27 may 2023 , 13:49
Sabah 35 dərəcə  isti olacaq

Sabah 35 dərəcə isti olacaq

27 may 2023 , 12:37