Yas mərasimlərinin keçirilməsinə icazə verildi
05 mart 2022 18:27 (UTC +04:00)

Yas mərasimlərinin keçirilməsinə icazə verildi

Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır.

Lent.az xəbər verir ki, Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, 2022-ci il 6 mart tarixindən etibarən: 2.5-11.1. aşağıdakılara icazə verilir: 1. dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna; 2. dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə; 3. bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə; 4. ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə; 5. masaj xidmətlərinin göstərilməsinə; 6. sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə; 2.5-11.2. aşağıdakı məhdudiyyətlər ləğv edilir: 1. mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti; 2. şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti; 3. ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət; 3 4. pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları; 5. 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti; 6. dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti. 2.5-12. Bu Qərarın 2.5-11-ci bəndində nəzərdə tutulan xidmətlərdən (işlərdən) bu Qərarın 2.5-9-cu bəndinin tələblərinə cavab verən şəxslər istifadə edə bilərlər.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3429

Oxşar yazılar

Buraxılış imtahanının nəticələri elan olundu

Buraxılış imtahanının nəticələri elan olundu

24 may 2025 , 02:15
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59