"Yas mərasimlərində elə cahil mollalar görürük ki..."
04 may 2021 11:51 (UTC +04:00)

"Yas mərasimlərində elə cahil mollalar görürük ki..."

“Din xadimlərinin seçilməsi hədsiz dərəcədə ciddi şəkildə həyata keçirilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, onlar İslam aləminin daşıyıcılarıdır: “Biz bəzən yas mərasimlərində elə cahil mollalar görürük ki, adam utanır. Hamı da məcburdur ki, yas mərasiminin sahibinə hörmət üçün sakit dayansın. Xahiş edirəm, din xadimləri ictimaiyyət adamları, bölgələrin tanınmış insanlarının iştirakı ilə seçilsin. Belə olarsa, əxlaqımıza zidd hadisələr də baş vernəz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3906
avatar

Oxşar yazılar