"Formula 1" ilə əlaqədar mərkəzi küçələrdəki mənzillərin kirayə qiyməti artıb.
Lent.az xəbər verir ki, eyvanları Bakı Şəhər Halqasına baxan mənzillərin qiymətləri 1000 manatdan 1500-2000 manata qədər artıb.
Həmçinin mənzillərin təkcə eyvanlarını da kirayə verənlər var. Onların qiymətləri 500 manat və daha çox olacaq.
Kirayə götürən şəxslərlə bağlı tək tələb yarış zolağına yad əşyaların atılmamasıdır.