Yanlış diaqnoz  FACİƏYƏ   səbəb olur – Tanınmış həkim nələr danışdı? 
27 dekabr 2023 18:23 (UTC +04:00)

Yanlış diaqnoz FACİƏYƏ səbəb olur – Tanınmış həkim nələr danışdı? 

Son günlər xəstələrə qoyulmuş yanlış diaqnozlar, həkimlərin səhvləri ölkə gündəmini zəbt edib. Bu məsələni yenidən gündəmə gətirən isə bir neçə gün öncə tanınmış bloqerin diş müalicəsi zamanı yanlış diaqnozun qoyulması oldu.

Amma tək bu deyil. Bir neçə il öncə ölkədə cərrahiyyə əməliyyatı zamanı xəstənin sol ayağını kəsmişdilər. Halbuki, sağ ayaq kəsilməli idi. Nəticədə xəstə həkimin bir səhv qərarı ilə hər iki ayağından oldu. Artıq bəzi insanların həkimlərə güvəni o qədər azalıb ki, onlar eyni diaqnozu təsdiqlətmək üçün bir neçə həkimə müraciət etdirməli olurlar. 

Maraqlıdır, belə halların qarşısı necə alınmalıdır? 

Bu barədə Lent.az-a tanınmış həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla münasibət bildirib.

A. Qeybulla bildirib ki, bu tip hallar zaman-zaman dünya təcrübələrində də müəyyən edilir:

“Bütün xəstələrə diaqnoz qoyularkən müəyyən kliniki protokollara riayət edilir. Konkret şikayətlərə əsaslanmalıdır. Həmin şikayət yoxlanılmalı, ona uyğun göstəriş verilməlidir. 

Dünyanın hər yerində xəstəyə səhv diaqnoz qoyula bilir. Bəzən diaqnoza gəlib çıxmaq olmur. Hətta onkoloji xəstəliklərdə metastaz tapılır, amma birinci mənbə tapılmır. Lakin görürük ki, adi xəstəliklərdə, diaqnozun qoyulmasında konkret bir yol olduğu zaman da belə yanlış diaqnozlar verilir. Burda səhvə yol vermək olmaz. Yanlış diaqnoz xəstəliyin qızıl dövrünün itirilməsinə, xəstəliyin daha da irəliləməsinə gətirib çıxara bilər.

Onun sözlərinə görə, yanlış diaqnozları aradan qaldırmağın tək çıxış yolu var:

“Hesab edirəm ki, bu problemlərdən çıxışın bir yolu var. İstər xəstənin diaqnoz, istərsə də müalicə zamanı biz dünyada qəbul edilmiş kliniki protokolların tətbiqinə başlamalıyıq. Yəni dünyanın getdiyi yol budur, biz də bu yolla getməliyik”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5889
avatar

Fidan İlqar

Oxşar yazılar