Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-dək uzadılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Bundan əvvəl ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək olan dövrü əhatə edirdi.