Mayın 16-sı Bakı-Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa edilir.
Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub.
Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq.