Ziya Məmmədov “Baku Taxi Company”nin rəhbərini işdən çıxardı
14 mart 2014 13:00 (UTC +04:00)

Ziya Məmmədov “Baku Taxi Company”nin rəhbərini işdən çıxardı

Nəqliyyat naziri Ziya Məmmədov nazirliyin nəzdində fəaliyyət göstərən daha bir şirkətin rəhbərini işdən uzaqlaşdırıb.

Lent.az-ın “aznews.az”a istinadən xəbərinə görə, bir neçə gün əvvəl “Baku Taxi Company”nin rəhbəri İlqar Qasımov tutduğu vəzifədən azad olunub.

Məlumatı “aznews.az”a İ. Qasımov özü də təsdiqləyib.

Onun sözlərinə görə, işdən uzaqlaşdırılması qərarı fevral ayının sonunda verilib, lakin əmr bir neçə gün əvvəl imzalanıb. Nəqliyyat sferasında fəaliyyətini davam etdirdiyini deyən İ. Qasımov hazırda çalışdığı sahə haqqında məlumat vermək istəməyib.

 

Hazırda “Baku Taxi Company”nin rəhbəri vəzifəsini qurumun maliyyə idarəsində çalışmış Vüqar İbrahimov icra edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1436

Oxşar yazılar