Nazirlik daha bir sədri cərimələdi
16 avqust 2017 10:30 (UTC +04:00)

Nazirlik daha bir sədri cərimələdi

Sumqayıt şəhər sakini Rauf Məcidbəyli tərəfindən Abşeron rayonu Saray qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə şikayət daxil olub.

ETSN-dən Lent.az-a verilən məlumata görə, şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində məişət və istehsalat tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

 

Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Saray bələdiyyəsinin sədri Natiq Tahirov barəsində protokol tərtib olunub və o inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün cavabdeh şəxsə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Oxşar yazılar