Zərdab və Qazaxda sahibkarlar üçün treninq keçirilib
26 aprel 2014 23:41 (UTC +04:00)

Zərdab və Qazaxda sahibkarlar üçün treninq keçirilib

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirləri davam etdirilir.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu cür treninqlər sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanların zəruri biliklərin, praktik bacarıqların artırılmasında, beynəlxalq təcrübənin aşılanmasında böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə növbəti treninqlər Zərdab və Qazax rayonlarında keçirilib.

 

“Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Sahibkarlıq fəaliyyətində qadınların rolu və onların hüquqlarının qorunması”, “Qazax və Ağstafa rayonlarında kurortların inkişaf perspektivləri” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında təşkil edilən treninqdə biznes ideyanın yaradılması və biznes planların tərtib edilməsi, qadın sahibkarlığının prioritet biznes sahələri və inkişaf istiqamətləri, kurort işçilərinin peşə səviyyəsinin yüksəldilməsi, kurort infrastrukturunun inkişaf etdirilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə iştirakçılara geniş məlumat verilib.

 

Treninqlərdə həmçinin, qeyd olunan mövzular barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda tədbir iştirakçılarına Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653
avatar

Oxşar yazılar