Zəlzələ nəticəsində məktəblərə ziyan dəyib
06 iyun 2018 13:11 (UTC +04:00)

Zəlzələ nəticəsində məktəblərə ziyan dəyib

Qax rayonunda dünən baş vermiş zəlzələilə bağlı bir neçə məktəbə ziyan dəyib.

 

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, zəlzələ Marsan kənd tam orta məktəbinə daha çox zərər yetirib: “Belə ki məktəbin binasında əvvəlkizəlzələdə də iri çatlar əmələ gəldiyindən tədris prosesində binanın bir hissəsindən istifadə olunmurdu. İndi digər hissələrdə də daha dərin çatlar əmələ gəlib”.

 

Rayonun Qaxbaş kənd 1 nömrəli tam orta, Fıstıqlı, Qaradolaq, Çinarlı kənd ümumi orta məktəblərində və Uşaq Gənclər İnkişaf Mərkəzinin binasının divarlarında xırda çatlar əmələ gəlib. Adı çəkilən bütün müəssisələrdə dərs prosesi davam edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

APA Baycan

Oxşar yazılar