Müdafiə Nazirliyi Gorədil Hərbi İstirahət Evinin rəisi polkovnik Etibar Qasımov işdən azad edib. Lent.az-ın “anspress”ə istinadən xəbərinə görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu barədə əmr imzalayıb.
Hərbi İstirahət evinin rəisi vəzifəsinə polkovnik-leytenant Ayatxan Hüseynov təyin edilib.
Z.Həsənov Etibar Qasımovun müavini mayor Mobil Yusifovu da vəzifədən azad edərək təqaüdə göndərib. Müavin vəzifəsinə isə hələlik heç kəs təyin olunmayıb.