Yumurtanın xolesterin səbəbiylə insan sağlamlığına zərər vurması iddiası artıq köhnəlib.
e-tibb.az xəbər verir ki, elm insan bədənindəki xolesterinin tərkibinin birbaşa qidadan, pəhrizdən asılı olmadığını artıq sübut edib. Qidalandırıcı maddələr və vitaminlərlə zəngin olan yumurta daha çox toyuğun bitkilərlə qidalandığı mövsümdə yeyilməlidir, bu, sağlamlıq üçün daha faydalıdır.
Toyuq yumurtalarında sağlamlıq üçün ən vacib olan A, D, E, B qrupu vitaminləri var. Yumurta asanlıqla həzm olunur və az miqdarda kalorisi var. Son araşdırmalar göstərir ki, toyuq yumurtası yemək bədənimizə zərər vermədən arıqlamağa da kömək edir. Yumurtada lesitin və dəmirin birləşməsi hematopoezi (qanyaranma) yaxşılaşdırır.
Yumurtanın qan təzyiqinin normada saxlanmasına kömək etdiyi elmi şəkildə sübut edilib. Bundan başqa, qidalanma mütəxəssisləri, toyuq yumurtalarının ağciyər funksiyasını yaxşılaşdırdığını, immun sisteminə bakteriyalarla mübarizədə kömək etdiyini və xərçəng riskini azaltdığını iddia edirlər.
Çiy toyuq yumurtası sinir sistemi xəstəlikləri olan insanlara da tövsiyə olunur. Zərərli peşələrdə, kimya sənayesində çalışanlar, civə və arsen kimi maddələrlə təmas zamanı da qoruyucu kimi yeyilməlidir. Bundan əlavə, çiy yumurta zülalı iltihabi xəstəliklərlə mübarizə üçün istifadə edilir.
Neçə yumurta yeməyin orqanizmə daha faydalı olması barədə suallara isə dəqiq cavab yoxdur. Amma buna baxmayaraq, dietoloqlar həftədə 4-7 yumurta yeməyi məsləhət görürlər.
e-tibb.az