Yolları bağlı kəndlər...
15 yanvar 2014 12:04 (UTC +04:00)

Yolları bağlı kəndlər...

Layihə: “Tamaşa dünya”

 

Paytaxta o qədər qar düşməsə də, Böyük və Kiçik Qafqazın ətəkləri qışın dadını çıxarıb. Hər tərəf ağa bürünüb, insan gözü tutduğu qədər üfüqə doğru getmək, buraları gəzmək istəyir. Paytaxtda havanın hərarəti 9-10 dərəcə olanda Qubanın dağətəyi kəndlərində yollar qardan bağlanır, kəndə gediş-gəliş kəsilir, insanlar qalır Allahın ümidinə.


Yolları bağlı olan yerlər əslində digər fəsillərdə qonaq-qaralı yerlərdir. Xınalıq, Təngaltı, Qonaqkənd və s. Qayalar arasından qıvrılaraq dağın ətəkləri ilə uzanıb gedən bu yollar ilin hər vaxtı gözəldi. Amma qışın bir fərqi var ki, bu fəsildə bu yollar daha sakit olur. Çünki yerə yağan qar təmizlənmir, sonra üzərinə yenə qar yağır, sonra yenə. Düzdür, bəzi yerlərdə maşın özündən əvvəlkinin saldığı izlə hərəkət edə bilir, amma bir də görürsən ki, iz də qurtardı. Bu yolların apardığı kəndlər, qarda oynayan uşaqlar, dağın ətəyindən bacaları tüstülənən evlər, kol-kosla hasarlanmış əkin sahələri... bir başqa cür görünür buralar. Bütün bunları görmək üçün o bağlı, təhlükəli yollarla səyahət etməyə dəyər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1184

Oxşar yazılar