Yolçu Xanvəli:"Araşdırma davam etdirilir"
15 yanvar 2014 13:16 (UTC +04:00)

Yolçu Xanvəli:"Araşdırma davam etdirilir"

“Xaçmaz rayonunda meşə massivində 428 ayaq aşkarlanıb ki, o da təxmini 107 baş heyvan edir. Bunlardan da 45 başının uzunqulaq olduğu ehtimal olunur”.


 

Bunu APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

 

Y.Xanvəli bildirib ki, Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəhbərliyi və mütəxəssisləri həmin ərazidə olublar: “Aparılan laboratoriya analizlərinin nəticəsinə görə tapılan heyvan cəsədlərinin bəziləri yaxın bir neçə gün, bəziləri isə xeyli müddət əvvəl əraziyə atılıb. Belə qənaətə gəlinib ki, həmin heyvanların cəsədləri bu işlə məşğul olan hansısa qrup tərəfindən o əraziyə atılıb”.

 

Baytarlıq İdarəsi tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə müraciət edildiyini söyləyən DBX rəsmisi hazırda faktla bağlı araşdırmanın davam etdiyini bildirib: “Aparılan araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

 

Qeyd edək ki, ötən gün Xaçmaz rayonunun Qımıl kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilib.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511
avatar

Oxşar yazılar