Yol qəzaları “Azəryolservis”ə 2,5 milyon manat ziyan vurub
19 fevral 2014 11:10 (UTC +04:00)

Yol qəzaları “Azəryolservis”ə 2,5 milyon manat ziyan vurub

2013-cü ildə Azərbaycanda baş vermiş çoxsaylı yol qəzaları yol təsərrüfatı infrastrukturuna külli miqdarda ziyan vurub. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, təkcə əyrixətli tirlərin sıradan çıxarılması səbəbindən yol təsərrüfatına 2,5 milyon manat dəyərində ziyan dəyib: “Bunun qarşılığında isə qəza törədən şəxslər cəmi 190 min manat ödəniş ediblər. Məhkəmə qərarlarına baxmayaraq əksər şəxslər ödəniş etməkdən boyun qaçırırlar. Məhkəmə prosesi də uzun sürdüyündən biz yenidən büdcə hesabına həmin sıradan çıxmış əyrixətli tirləri bərpa etməyə məcbur oluruq”.

 

“Azəryolservis” ASC-nin rəsmisi onu da bildirdi ki, bir çox hallarda baş vermiş qəza zamanı yol təsərrüfatına dəymiş ziyan sonradan müəyyən edilib: “Bəzən qəzalar gecə baş verir, yaxud biz baş verən hadisədən gec xəbər tuturuq. Bütün bunlar da əlavə büdcə vəsaitinin sərf edilməsinə gətirib çıxarır. Biz sıradan çıxmış əyrixətli tirləri bərpa etməsək həmin yerdə yenidən qəzanın baş verməsi ehtimalı artır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585
avatar

Nizam Rza

Oxşar yazılar