Azərbaycanda yeni ümumrespublika xəbər kanalını kimin açacağı gələn həftə məlum olacaq.
Milli Tеlеviziya və Radiо Şurasından (MTRŞ) Lent.az-a bildirildi ki, hazırda müsabiqəyə təqdim olunan sənədlər araşdırılır. Gələn həftə qurum xəbər kanalını kimin açacağını elan edəcək.
Qeyd edək ki, MTRŞ yeni xəbər kanalının açılması üçün martın 11-dən aprelin 11-dək müsabiqə elan etmişdi.
3 iddiaçı - “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyəti tələb olunan sənədləri Milli Tеlеviziya və Radiо Şurasına təqdim edib.