Azərbaycanda yeni televiziya kanalının açılması üçün müsabiqə elan olunub. Milli Televiziya və Radio Şurasından Lent.az-a verilən məlumata görə, Şuranın bu gün keçirilən iclasında bununla bağlı qərar qəbul olunub.
İclasda yeni televiziya yayım kanalının açılması imkanları araşdırılıb və yeni ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək müsabiqə elan edilib.