Yeni telekanalın adı açıqlandı
14 mart 2014 17:22 (UTC +04:00)

Yeni telekanalın adı açıqlandı

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, iclasda “Milli Televiziya və Radio Şurasının 14 yanvar 2014-cü il tarixli qərarı ilə ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla)  22 yanvar  2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş Brand in Baku” MMC,  “Fatiyev Company” MMC, “Region TV” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19,  22-ci maddələrini, ölkə prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.1-ci bəndinirəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan «Region TV» MMC-ni  ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla)  22 yanvar  2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla ümumrespublika televiziya  yayımı üçün 6 (altı)  il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8862

Oxşar yazılar