Yeni şəxsiyyət vəsiqələrinin verilməsi təxirə salındı
27 dekabr 2013 14:30 (UTC +04:00)

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi təxirə salındı

 

Milli Məclisin iclasında Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinə verilməsinə başlanılması müddətini uzadılması müzakirə olunub.

 

APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu barədə “Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişik 2011-ci dekabrın 30-da qəbul edilib, bu səbəbdən bu müddətin indi uzadılması təklif olunur.


O qeyd edib ki, dəyişikliyə əsasən, 2014-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda Avropa standartlarına uyğun yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılmalı idi: “Hazırda Daxili İşlər Nazirliyi bu məsələ üzərində işləyir. Amma bir sıra maddi və texniki problemlər olduğundan DİN qanunun 2014-cü ilin yanvarın 1-dən deyil, 2015-ci il dekabrın 1-də qüvvəyə minməsini təklif edib. Bəzi məsələlərin həlli üçün bu vaxtın uzadılmasına ehtiyac var”.

 

Deputatlar səsə qoyaraq bu müddəti 2015-ci ilin dekabrın 1-ə uzadıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1798
avatar

Oxşar yazılar