Yeni rabitə tarifləri qüvvəyə mindi
02 yanvar 2014 14:20 (UTC +04:00)

Yeni rabitə tarifləri qüvvəyə mindi

2014-cü il yanvarın 1-dən etibarən Azərbaycanda yeni rabitə tarifləri tətbiq olunmağa başlanılıb.

 

APA-nın verdiyi məlumata görə, bu barədə qərar Tarif Şurasının 2013-cü il  dekabrın 3-də keçirdiyi iclasda qəbul edilib.

 

Tarif Şurasının qəbul etdiyi qərara əsasən, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb. 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla, 10 qəpik təsdiq edilib.

 

Eyni zamanda telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilib. Stasionar telefonlar üçün aylıq abunə haqqı əhali qrupu üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496
avatar

Oxşar yazılar